26 
Mar
2021
09:51
500

Polis, Xaşuridə qanunsuz silah-sursat ələ keçirdi

Polis, Xaşuridə qanunsuz silah və sursat ələ keçirib.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarənin yaydığı məlumata görə, nəqliyyat vasitəsinə baxış zamanı avtomat silahlar, müxtəlif çaplı 745 sursat patronu və avtomatik odlu silah üçün ehtiyat hissələri sübut kimi götürülüb.

“Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Xaşuri Rayon Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində odlu silah və sursatların qanunsuz alınması, saxlanması və gəzdirilməsi ittihamı ilə əlaqədar 1986-cı il təvəllüdlü Ç.O.-nu saxlayıb.

Hüquq-mühafizə orqanları Xaşuri-Surami ətraf yolunun mərkəzi magistral yolunda hərəkət halında olan avtomobildə təqsirləndirilən şəxsləri dayandırdı. Nəqliyyat vasitəsinə baxış zamanı avtomat silahlar, müxtəlif çaplı 745 sursat patronu və avtomatik odlu silah üçün ehtiyat hissələri sübut kimi götürülmüşdür ”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah və sursat alması, saxlanması və gəzdirilməsini nəzərdə tutan 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən istintaq davam edir. Cinayət 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın