22 
Mar
2021
10:40
3365

Kvemo Kartlidə oğru dünyasının üzvləri saxlanıldı

Gürcüstanın Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Bölməsinin və Rustavi Rayon Prokurorluğunun əməkdaşları birgə keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində, hakimin qərarına əsasən iki nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, keçmişdə məhkum olmuş 1968-ci il təvəllüdlü X.P. və 1972-ci il təvəllüdlü E.A., "oğru dünyasına" üzv olmaq və qəsb etməkdə günahlandırılır.

"İş üzrə aparılan istintaq tədbirləri ilə X.P. və E.A.-nın "oğru dünyası" tərəfindən müəyyən edilmiş qaydalara uyğun hərəkət etdikləri məlum oldu. Təqsirləndirilən X.P. "oğru dünyası" və özü üçün müxtəlif şəxsləri qorxutmaqla maddi faydalar əldə etməyə çalışırdı. O, xaricdə yaşayan kriminal avtoritetin tapşırığı ilə, digər təqsirləndirilən E.A.-nın köməyi ilə, sistematik olaraq həmkəndlisi ilə əlaqa saxlayırdı və ailə üzvlərini öldürmək və sağlamlıqlarına zərər vurmaqla təhdid edərək “oğru dünyası” üçün pul tələb edirdi”,- deyilir DİN-in məlumatında.

İdarədən verilən məlumata görə, polis hakimin qərarına əsasən hər iki təqsirləndirilən şəxsi Qardabani Bələdiyyəsində şəxsi yaşayış evlərində saxlayıb.

"Oğru dünyası" na üzv olmaq və qəsb etmək faktları Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsi və Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə araşdırılır. Cinayət dörd ildən on ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın