VMH partiyasının ofisinə atəş açma faktı üzrə bir nəfər həbs olundu
"Hüquq-mühafizəçilər “Vahid Milli Hərəkat”ın mərkəzi ofisinə atəş açılma faktı üzrə 29 yaşlı gənc saxlanılıb."
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, saxlanılan şəxs odlu silahı qanunsuz olaraq alıb-saxlama-gəzdirmə başqasının əşyasına zərər vermə ittihamı ilə Kaxetidə saxlanılıb.
Nazirliyin məlumatına görə, atəş pnevmatik silahdan açılıb.
“Daxili İşlər Nazirliyinin Tbilisi şəhər departamentinin İsani-Samqori baş bölməsinin əməkdaşları keçirdikləri operativ axtarış tədbirləri nəticəsində 1991-ci il doğumlu D.K. odlu silahı qanunsuz olaraq alıb-saxlama-gəzdirmə başqasının əşyasına zərər vermə ittihamı ilə Kaxetidə saxlanılıb. Cinayət 4ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqla təsdiq olundu ki, cari ilin 17 mart tarixində D.K. Kaxeti yolkəsişməsində yerləşən “Vahid Milli Hərəkat”ın ofisinin fasadında olan banerə avtomobildən pnevmatik silahdan atəş açıb və hadisə yerindən qaçaraq gizlənib. Hüquq-mühafizəçilər şübhəlini hadisədən bir neçə saat sonra isti izlərlə yaxalayıb.
Polis yaxalanan şəxsin evində axtarış aparan zaman cinayətdə istifadə olunan pnevmatik tapançanı, odlu silahın digər hissələrini və “Marixuana”narkotik vasitəni dəlil olaraq götürüb. Yaxalanan şəxs törətdiyi cinayəti etiraf edir.
İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsi və 187-ci maddə ilə aparılır. Maddələr odlu silahı qanunsuz olaraq alıb-saxlama-gəzdirmə başqasının əşyasına zərər verməni nəzərdə tutur”- məlumatda bildirilir.