1 USD =
3.4363 GEL
1 EUR =
4.1187 GEL
1 TRY =
0.4265 GEL
100 RUB =
4.5355 GEL
1 AZN =
2.0193 GEL
10 
Mar
2021
14:36
2597

Marneuli və Poniçalada 11 nəfər saxlanıldı - VİDEO

Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin və Baş Prokurorluğun əməkdaşları Tbilisidə, Poniçala qəsəbəsi və Marneulidə keçirilmiş birgə əməliyyat və istintaq tədbirləri nəticəsində 11 narkotik satıcısını saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumdan verilən məlumata görə, araşdırma zamanı təqsirləndirilən şəxslərin sistemli şəkildə narkotik satdıqları məlum olub.

Nəzarətə alınan şəxslər: 2002-ci il təvəllüdlü R.İ., 2002-ci il təvəllüdlü A. A., 2003-cü il təvəllüdlü A.M., 2002-ci il təvəllüdlü E.İ., 1974-cü il təvəllüdlü S.K. və 1982-ci il təvəllüdlü X.A., 1990-cı il təvəllüdlü E.Ş., 1987-ci il təvəllüdlü E.A., 1979-cu il təvəllüdlü F.A., 1975-ci il təvəllüdlü A.A. və 1988-ci il təvəllüdlü N.M.

Nəzarətə alınan şəxslər ilkin razılıq əsasında qrup tərəfindən qanunsuz olaraq çox miqdarda narkotik maddə almaq, saxlamaq və satmaqda ittiham olunurlar.

Cinayət 8 ildən 20 ilə qədər cəza və ya ömürlük həbs cəzası nəzərdə tutur.

İstintaq, müttəhimlərin sistematik olaraq narkotik satdıqlarını ortaya çıxarıb.

Hakimin qərarına əsasən, hüquq-mühafizə orqanları müttəhimlərin "eroin"  maddənin satmalarına dəfələrlə nəzarət edib və qeyd olunan alış-verişlərin gizli audio-videolarını qeydə alıblar.

"Saxlanılanların şəxsi və yaşayış evlərinə baxış keçirilərkən, polis satışa hazırlanan narkotik maddə - 45 paket “eroin” və pul götürdü. Qrup tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik maddənin alınması, saxlanması və satılması faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə istintaq davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın