24 
Fev
2021
13:39
2299

Avtomobil sahiblərinin nəzərinə! Köhnə nömrələr bu tarixədək dəyişdirilməlidir

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi nəqliyyat vasitələrinin sahiblərinə avtomobilin köhnə modelli dövlət nömrə nişanının hüquqən 31 Mart 2021-ci il tarixinədək qüvvədə qalacağını xatırladır.

InterPress.ge xəbər verir ki, məlumat Xidmət Agentliyinin saytında yayımlanıb.

Xidmət agentliyindən verilən məlumata görə, çox sayda köhnə nümunə nömrəsi ölkə daxilində dövriyyədə qalır. Agentlik müvafiq nəqliyyat vasitələrinin sahiblərini dövlət nömrə nişanını dəyişdirmək üçün xidmət agentliyinin struktur bölmələrinə vaxtında müraciət etməyə çağırır.

"Xatırladaq ki, bu gündən etibarən köhnə dövlət nömrə nişanları yenisi ilə əvəz edilərkən, maraqlı şəxsin adına qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi özkəninkiləşdirilmədikdə və məlumatlarının (marka, gövdə növü, rəng, yanacaq növü, mühərrik nömrəsi və ya həcmi və s.) dəyişmədiyi təqdirdə, nəqliyyat vasitəsini agentliyin ərazi vahidlərində gətirmək və yoxlatmaq məcburiyyətində deyil.

Adına qeydə alınmış vasitə özgəninkiləşdirilmədikdə və məlumatları (marka, korpus növü, rəng, yanacaq növü, mühərrik nömrəsi və ya həcmi və s.) dəyişdirilmədikcə, bu gündən etibarən Xidmət Agentliyinin mobil tətbiqi (SAGENCY) vasitəsi ilə fiziki şəxs məsafədən köhnə modelli qeydiyyat nömrəsini yenisi ilə dəyişdirməyi tələb edə bilər.

Uzaqdan dəyişdirilmiş yeni nümunə nömrə nişanları ölkə daxilində, sifariş verərkən qeyd olunmuş qurumun ərazi vahidindən əldə edilə bilər. Bu mərhələdə uzaqdan nömrələrin dəyişdirilməsi xidməti yalnız minik avtomobilinin köhnə nümunə dövlət nömrə nişanını yenisi ilə əvəz edərkən tətbiq olunur.

Həmçinin bildiririk ki, cari ilin 1 mart tarixindən etibarən vətəndaşlar Xidmət Agentliyinin Rustavi ərazi vahidində nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı xidmətlərin ödənişini agentlik operatorlarından plastik kartla həyata keçirə biləcəklər. Xidmət agentliyi vətəndaşları xidmətdən yararlanmaq üçün onları müşayiət edən şəxslər olmadan, maska ilə gəlməyə çağırır”, - deyə bildirilir.

Bizimlə əlaqə saxlayın