23 
Fev
2021
15:02
509

Daxili İşlər Nazirliyi "Birləşmiş Milli Hərəkat"ın ofisində və ətraf ərazilərdə çəkilən video görüntüləri yayımlayır - VİDEO

Daxili İşlər Nazirliyi Kaxeti şossesinsə yerləşən, "Birləşmiş Milli Hərəkat"ın ofisində və ətraf ərazilərdə çəkilən video görüntüləri yayımlayır.

InterPress.ge xəbər verir ki, videokadrlarda polisin Nikanor Meliaya və oraya toplaşan vətəndaşlara necə müraciət etdiyi göstərilir.

“Nazirlik tərəfindən edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, partiya ofisində və ətraf ərazidə toplaşanlar, polisin qanuni tələbinə tabe olmadı və hüquq-mühafizə orqanlarına fiziki müqavimət göstərdi.
Polis tədbirləri zamanı, hüquq mühafizəçiləri toplanan insanların binadan çıxmasına icazə verdilər və bu məqsədlə etibarlı dəhliz təmin etdilər. Toplaşanların bir hissəsi dəhlizdən faydalanaraq binanı tərk etdi, bir hissəsi isə müqavimət və zorakı hərəkətləri davam etdirdi, hansı ki, kadrlar bir sıra televiziya şirkətlərinin canlı televiziya yayımlarında, eləcə də sosial şəbəkədə yayılan müxtəlif videolarda cəmiyyət tərəfindən açıq-aşkar göründü. Daxili İşlər Nazirliyi bütün zorakılıq və müqavimət faktlarını araşdıracaq və müvafiq cavab verəcək "- məlumatda deyilir.

Məlumat üçün bildirək ki, hüquq-mühafizə orqanları "Milli Hərəkat"ın sədri Nika Melianı həbs edib.

Bizimlə əlaqə saxlayın