08 
Fev
2021
10:47
438

Tanışını bıçaqlayaraq öldürən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Mçxeta-Mtianeti Polis Şöbəsinin əməkdaşları əməliyyat və istintaq tədbirləri nəticəsində 1998-ci il təvəllüdlü İ.B.-nı qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumdan verilən məlumata görə, istintaq zamanı məlum olub ki, bu il fevralın 3-də İ.B. tanışı- 1978-ci il təvəllüdlü T.K.-ya Çxvariçamiyadakı evində soyuq silahla sinəsinə çoxsaylı yaralar vuraraq gizlənib. T.K. aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

“İstintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları cinayət silahını - bıçağı sübut kimi götürdülər. Təqsirləndirilən şəxs günahını etiraf edir.

Qəsdən adam öldürmə faktı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Cinayət 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın