Nazir çağırış etdi
"Hamını fəxrimiz olan epidemioloqlarımızı haqsız yerə tənqid və ittihamlarından çəkinməyə çağırıram. Bu gün bağlamaqdan deyil, açılmaqdan danışmağımız onların xidmətidir".
InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava Hökümət Administrasiyasında Koordinasiya Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Natia Turnavanın dediyinə görə, "səhiyyə sektoruna qarşı çox düşündürücü tendensiyalar eşidilir."
“Ölkəmizin səhiyyə sektoruna, epidemioloqlarına və həkimlərinə münasibətə gəldikdə, son zamanlar çox düşündürücü tendensiyalar eşidilir. Bu, qərar vermə məntiqimizi bilməyən biznesin səmimi bir tənqidi ola bilər, ancaq siyasi açıqlamalar çox eşidirik. Qarışıqlıq və qiyam istəyən və ölkənin dinc inkişafını istəməyən müxtəlif müxalifət partiyaları yüksək nüfuzlu insanlara zərbə vurmaq istəyirlər. Bu çox ədalətsizdir və hamının fəxrimiz olan epidemioloqlarımıza qarşı bu cür haqsız tənqid və ittihamlarından çəkinmələrini xahiş edirəm. Bu gün bağlanmaqdqn deyil, açılmaqdan söhbət etməyimiz onların xidmətidir", - bildirdi Turnava.


