Gürcüstanda koronavirusla bağlı ən son statistika
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 669 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 256 956 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 637 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 247 096 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 21 nəfər ölüb və ölənlərin ümumi sayı 3148 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində 19 311 test aparılmışdır. Bunlardan 11 681-i sürətli antigen testi, 7630-u isə PCR testidir.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


