Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti bərpa edildi
Qudauri-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edildi.
InterPress.ge xəbər verir ki, bu barədə Yollar İdarəsindən bildirilib.
Məlumata görə, hal-hazırda beynəlxalq əhəmiyyətli Mçxeta-Stepancminda-Larsi magistral yolunun Qudauri (Posta) -Kobi hissəsində hər cür nəqliyyatın hərəkəti sərbəstdir.
“Qudauri (Posta) -Kobi hissəsində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan qoruma tunelləri vasitəsi ilə həyata keçiriləcək.
Qoşquların, yarımqoşquların və 30 yerdən çox tutumu olmayan avobusların hərəkəti tunellərdə birtərəfli qaydada həyata keçiriləcəkdir.
Nəqliyyatın hərəkəti birbaşa patrul polisinin nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək", - Yollar İdarəsindən verilən məlumatda bildirilib.


