14 
Yan
2021
11:47
530

İsveçrədəki vətəndaşlarımızın nəzərinə, səfirlik xəbərdarlıq edir

Gürcüstanın İsveçrədəki səfirliyi vətəndaşlara İsveçrədə qüvvədə olan məhdudiyyətlər barədə məlumat verir.

InterPress.ge xəbər veri ki, bu barədə səfirlik rəsmi facebook səhifəsində qeyd edib.

Məlumata görə, 13 yanvarda İsveçrə Federal Şurası qərar qəbul edib və epidemioloji vəziyyətlə bağlı məhdudiyyətlər 1 mart tarixinədək qüvvədə qalacaq.

Əlavə olaraq bildirildiyinə görə, 18 yanvar tarixindən etibarən əlavə tələblər qüvvəyə minəcək, əsas tələbləri bunlardır:
Birdən çox adamın olduğu bütün qapalı yerlərdə maska taxmaq;
Marketlərdən başqa bütün ticarət mərkəzləri bağlanacaq;
Bütün özəl toplantılar qadağandır;
Açıq ictimai məkanda yalnız beş nəfərin toplanmasına icazə veriləcək;
Mümkün olduğu təqdirdə evdən işləmək məcburidir.

"Xahiş ediik İsveçrə Səhiyyə Departamentinin xüsusi məlumat səhifəsini diqqətlə izləyin, hansı ki, burada Kovid-19 virusu, testlər və yardımlar haqqında, həmçinin İsveçrə Konfederasiyasında davam edən aşılama prosesi haqqında ən yeni məlumatları əldə edə bilərsiniz", - deyə səfirliyin açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər