01 
Avq
2026
16:07
36

Saakaşvili özünü İlya Çavçavadze ilə müqayisə etdi: "İlya olduğun üçün sənə atmalıyam"

Məhkum olunmuş sabiq prezident Mixeil Saakaşvili məhkəmə iclasında çıxışı zamanı özünü gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadze ilə müqayisə edib.

InterPress.ge xəbər verir ki, Mixeil Saakaşvili bu fikirləri məhkəmə iclasında səsləndirib. O bildirib ki, cəzaçəkmə müəssisəsinin əməkdaşları ona qandalı həddindən artıq sıx bağlayıblar və bu hal ona İlya Çavçavadzenin qətli ilə bağlı məşhur epizodu xatırladıb.

"Buradakı əməkdaşlardan biri mənə dedi ki, qandalı maksimum dərəcədə sıxmalıyam. Mən soruşdum ki, niyə, mən hansı təhlükəni yaradıram, axı mən Mişayam? O isə cavab verdi: 'Məhz Mişa olduğun üçün sıxmalıyam'. Bilirsiniz, bu mənə kimi xatırlatdı? Berbiçaşvilini. 'Mən İlyayam, mənə atəş açma', – deyəndə cavab vermişdi: 'Məhz İlya olduğun üçün sənə atmalıyam'", – deyə Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın