13 
Yan
2021
09:36
602

Öz-özünə sönən siqaret istehsal oluna bilər

Rusiyadakı tütün şirkətləri öz-özünə sönən siqaret istehsal edə bilər.

Bu barədə “InterPress.ge” RİA “Novosti”yə istinadən xəbər verir.

Rusiya Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tütün şirkətlərini öz-özünə sönən siqaretlər istehsal etməyə məcbur edən sənəd hazırlayır. Belə ki, sənəd iki ildən sonra təsdiqlənə bilər.

Siqaret kağızına üzük şəklində cihaz qoyulacaq və bu cihaz siz siqareti çəkməyən kimi onu söndürəcək.

Müstəqil yanğınsöndürmə üzrə texniki mütəxəssis Serqey Nazarov deyir ki, bu sənəd bir çox faciələrin qarşısını ala bilər:

“Siqaretin kötüyündə təxminən 600 dərəcə istilik olur. Bu siqaret də yastıq, yorğan, divan, tekstil materiallarınin üzərinə düşəndə 5-10 santimetr diametrdə kiçik yanğın törədir. O qədər tüstü çıxır ki, insanlar sadəcə boğulur. Odur ki, bu sənəd yanğınların sayını deyil, bu kimi hadisələrdən ölənlərin sayını azaldacaq”.

Bizimlə əlaqə saxlayın