12 
Yan
2021
09:47
412

"Dağlıq Qarabağa olan qanunsuz səfərlərin qarşısı zərbə dronları ilə alına bilər"

"Dağlıq Qarabağa olan qanunsuz səfərlərin qarşısı zərbə dronları ilə alına bilər".

InterPress.ge xəbər verir ki, Azərbaycan rəsmi Bakının razılığı olmadan Dağlıq Qarabağa olan səfərlərdən narahatdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı Fransadan olan parlament heyətinə Dağlıq Qarabağa getmək üçün Rusiya sülhməramlılarının Azərbaycanın razılığı olmadan icazə verilməsindən kəskin narazılığını bildirib:

"Biz sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”.

Prezident eyni zamanda Ermənistan rəsmilərinin də Dağlıq Qarabağa səfərlərinə kəskin etirazını bildirib. Bunun qəbuledilməz olduğunu qeyd edib. Prezident erməni tərəfə baş verənlərdən nəticə çıxarmağı tövsiyyə edib.

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz məsələni şərh edərkən bildirib ki, prezidentin çıxışından, təpkisindən belə qənaətə gəlmək olar ki, növbəti dəfə Azərbaycanın razılığı olmadan Ermənistandan və ya xaricdən hansısa səfərlər olacaqsa, bu zaman müşahidə və zərbə dronları işə düşə bilər.

“Prezident səviyyəsində edilən xəbərdarlıqdan sonra bu, çox doğru, ədalətli və məntiqi bir addım olardı”, - deyə Osman Gündüz əlavə edib.

Bizimlə əlaqə saxlayın