11 
Yan
2021
11:34
966

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 551 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 239 780 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 880 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 226 215 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 23 nəfər ölüb və ölənlərin ümumi sayı 2 796 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 7 898 test aparılmışdır. Bunlardan 4 371-i sürətli antigen testi, 3527-si isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər