1 USD =
3.1701 GEL
1 EUR =
3.8523 GEL
1 TRY =
0.3781 GEL
100 RUB =
4.4253 GEL
1 AZN =
1.862 GEL
04 
Yan
2021
21:30
340

Soydaşlarımızın problemlərinin əsaslı həlli, Rustavidə Gürcüstan - Azərbaycan Universitetinin açılmasından keçir

Gürcüstanda Soydaşlarımızın mövcud problemlərinin əsaslı və köklü şəkildə həll olunması Gürcüstan - Azərbaycan birgə Universitetinin açılmasından keçir.

Dünyada bir neçə dövlətlərarası Universitet təcrübəsi mövcuddur.

Buna misal olaraq Qazaxıstanın Türküstan şəhərində fəaliyyət göstərən Əhməd Yasəvi Qazaxıstan - Türkiyə Universiteti və Bişkekdə fəaliyyət göstərən Manas Qırğız - Türk Universiteti,

Mərkəzi Asiyanın ən nüfuzlu və qabaqcıl təhsil - elm mərkəzlərini göstərə bilərik.

Skopyedə yaradılmış Uluslarası Balkan Makedon - Türk Universiteti də buna daha bir nümunədir.

Azərbaycanla Gürcüstan arasında energetika sahəsində (neft və qaz kəmərləri), nəqliyyat sahəsində (Bakı - Tibilisi - Qars), iqtisadi sahədə (yüzlərlə ortaq şirkət və layihə), hərbi sahədə (birgə hərbi təlimlər və s.), siyasi sahədə (birgə bəyanatlar, beynəlxalq arenada qarşılıqlı dəstək ), bir sözlə bütün sahələrdə mövcud olan uğurlu və qarşılıqlı faydalı əməkdaşlıq təcrübələrini humanitar müstəviyə (ələlxüsus təhsil sahəsinə) keçirmək hər iki xalq və dövlət üçün vacib olan zərurətdən doğur.

Bu baxımdan ortaq universitet, təhsil sahəsində iki dövlətin birgə layihəsi olardı və xalqlararası dostluq məbədinə çevrilərdi.

Universitetin Rustavi şəhərində qurulmasını bir neçə səbəbdən daha məntiqli hesab edirəm.

1. Rustavi şəhəri Soydaşlarımızın kompakt yaşadığı bölgənin mərkəzidir.

2. Gürcüstanın 4-cü böyük şəhəridir, Tiflisə və 

Azərbaycana yaxın əlverişli coğrafi mövqedə yerləşir.

3. Gürcüstanın bütün böyük inzibati bölgələrinin - "mxare"lərin mərkəzi şəhərlərində Dövlət Universitetləri var.

- Sameqrolada - Zuqdidi Dövlət Universiteti

- İmeretidə - Kutaisi Dövlət Universiteti 

- Kaxetidə - Telavi Dövlət Universiteti

- Şida Kartlidə - Qori Dövlət Universiteti

- Samtsxe - Cavaxetide - Axaltsixe Dövlət Universiteti

Yalnız ən böyük bölgələrdən sayılan Kvemo Kartlidə, onun inzibati mərkəzi olan Rustavidə Dövlət Universiteti yoxdur.

Soydaşlarımızın təhsil sahəsindəki problemlərini Gürcüstan və Azərbaycan dövlətləri birgə həll edə bilərlər.

Problemlərin tək həlli yolu: Rustavi şəhərində, Gürcüstan - Azərbaycan birgə Universitetinin yaradılmasından keçir.

Müəllif: Kamran Ramazanlı

SOYDAŞ İctimai Birliyinin idarə heyətinin sədri

Bizimlə əlaqə saxlayın