03 
Dek
2020
14:40
368

Melia: “MSK reallığın saxtalaşdırıldığı bir təşkilatdır”

“MSK reallığın saxtalaşdırıldığı bir təşkilatdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Hərəkat partiyasının liderlərindən biri Nika Melia deyib.

Onun sözlərinə görə, parlament seçkilərinin icmal protokolunun MSK tərəfindən qəbul edilməsi heç nəyi dəyişməyəcək.

"MSK-nın icma protokolu nəyi dəyişir? MSK-nın saxtalaşdırdığını bilmirdinizmi? Kimsə MSK-dan fərqli bir şey gözləyir? Düşünürəm ki, bu artıq nəzərdən keçirdiyimiz bir reallıqdır. Bu səbəbdən bütün müxalifət partiyaları boykot rejimindədir, çünki heç bir özünə hörmət edən müxalifət partiyasının edəcəkləri başqa bir seçim yoxdur. Bu qərar o yerə çatıb ki, biz parlamentə daxil olmuruq, çünki bu parlament deyil, bu milli qurum deyil, hasnı ki, Gürcüstan vətəndaşlarının hüquqlarının qorunması lazımdır. Seçkilərdə məğlub olduğu zaman, hansı ki, bunu özüdə rədd edəmmir, heç bir gün belə bunu qeyd etmədi, sadəcə qazandığını söylədi”,- dedi Melia.

O, müxalifətin tələbləri yerinə yetirilənə qədər özünə hörmət edən heç bir müxalifət partiyasının parlamentə girəməyəcəyini söylədi.

“Heç kim, hətta özünə hörmət edən heç bir müxalifət partiyası, lider və ya təmsilçisi, müxalifətin tələbləri yerinə yetirilənə qədər o parlamentə girəmməyəcək. Bu, Bidzina İvanişvilinin qarşılaşmalı olduğu bir həqiqətdir. Biz MSK ilə əlaqəli olaraq reallığa baxdıq və onun reallığın saxtalaşdırıldığı bir təşkilat olduğuna əmin olduq. Aydın məsələdir ki, biz bu gerçəyi qəbul etdik və indi ölkədə əlavə bir böhran yaratmış Bidzina İvanişvili reallıqla qarşılaşmalı və müxalifətə güzəşt etməlidir, bunu etməli olacaq",- dedi Nika Melia.

Bizimlə əlaqə saxlayın