"Bu qanunla ölkəni Rusiyaya doğru aparırsınız, bu, xəyanətdir"
"Siz mənə agent damğası vurmaq istəyirsiniz, lakin buna layiq deyilsiniz”
InterPress.ge xəbər verir ki, “Batumelebi” qəzetinin baş redaktoru Eter Turadze bu gün Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə belə müraciət edib.
“Aslan Abaşidzenin vaxtından mən jurnalist kimi fəaliyyət göstərmişəm və yalnız bu hakimiyyətin şərtlərində mən sizə müraciət etməli oldum, çünki siz öz qanununuza uyğun olaraq bizi xarici bir ölkənin maraqlarını daşıyan bir qüvvə kimi göstərməyə çalışırsınız.
Tərif lüğətini götürüb agentin nə olduğunu oxusanız, görərəsiniz ki, orada birbaşa yazılıb ki, bu, xarici ölkənin maraqlarını daşımaq deməkdir. 23 ildir ki, mən vətənimə, vətənimin demokratik inkişafına xidmət etmişəm, mənə belə damğa vura bilməzsiniz.
Agentlər adətən peşələrini dəyişmirlər, onlar sadəcə agentlərdir. Beynəlxalq təşkilatda çalışmısınız. Mənim belə bir təklifim var, 2023-cü ildən yox, 2000-ci ildən registr etməyə başlayaq və bu registrdə hamını yazaq. Əvvəlcə siz yazın - Şalva Papuaşvili, mən bütün redaksiya heyətinə maaş paylayanda [yəqin ki, 2010-2011-ci illər], yəqin ki, siz o maaşı alanlar arsında idiniz.
Əvvəl sizi, sonra cənab baş nazir İrakli Kobaxidzeni, sonra fondu tamamilə xarici pullarla dolu olan Bidzina İvanişvilini yazaq. 2000-ci ildən başlayaq, yaxşı?!
Mən bunu yazmayacağam Şalva bəy, siz yazın.
İndi bütün günü danışırsınız, “Milli Hərəkat”ı, deputatları tənqid edirsiniz. Əvvəlki hakimiyyət məni təqib edəndə mən işləyirdim...
Mənə maraqlıdır, cənab Şalva - siz beynəlxalq təşkilatda işləyəndə, yerli QHT-lərə qrant verəndə onlardan hansısa xarici ölkənin maraqları üçün işləmələrini tələb etmisiniz?! Siz xarici maraqlar üçün işləməyə məcbur etdiniz? Qara pul almısınız?
İkincisi də, “Milli Hərəkat” heç kimi sevindirməyəndə, indi belə böyük mülkə necə imza atmısınız– söhbət 10 hektar meşədən gedir...
Bu qanunla bu ölkəni Rusiyaya aparırsınız, bu, xəyanətdir.
.... Siz və mən razılaşa bilmərik, çünki siz ölkəni Rusiyaya doğru aparırsınız.
Qanuni yolla daxil olan pullarla mübarizə aparırsınız, qeyri-hökumət təşkilatlarını ləğv etmək istəyirsiniz. Siz mənim agent olmağımı istəyirsiniz və buna layiq deyilsiniz”.
Bəyanatdan sonra Eter Turadze iclası tərk edib.
“Batumelebi” 2001-ci ildə Batumidə yaradılmış, 2010-cu ildə “Netgazeti” internet nəşrinin əsasını qoymuş media orqanıdır. Eter Turadze “Batumeli”nin yarandığı gündən baş redaktordur


