20 
Sen
2020
19:41
560

Bakradze: "Ölkə ümidsizlik dənizinə qərq olub"

"Ölkə ümidsizlik dənizinə qərq olub və insanlar daha yaxşı bir gələcək üçün ümidlərini itiriblər. Bütün bunları dəyişdirmək üçün dönüş dəyişikliklərinə ehtiyacımız var".

InterPress.ge xəbər verir ki, bu barədə "Avropalı Gürcüstan"ın lideri Davit Bakradze Batumidə majoritar namizədi təqdim edərkən qeyd edib.

Onun sözlərinə görə, Armaz Axvlediani, Batumi xalqının və bütün Gürcüstanın nəyə ehtiyac duyduğunu bilən bir insandır.

“Oktyabrda keçiriləcək parlament seçkiləri yaxınlaşır, bu hər bir insan və ailə üçün həyatları müsbətə doğru dəyişmək üçün bir fürsətdir. Bu gün ölkə səhv istiqamətdə inkişaf edir, ölkə ağır iqtisadi və sosial böhrana girib, bunun çıxış yolu görünmür, ölkə ümidsizlik dənizinə girib və insanlar daha yaxşı bir gələcək üçün ümidlərini itiriblər. Ölkənin təməlli dəyişikliyə və bütün cəmiyyəti və ölkəni düzgün inkişafa və daha yaxşı bir gələcəyə doğru istiqamətləndirəcək bir komandaya ehtiyacı var. Bu komanda isə təbii ki, Avropalı Gürcüstandır və ölkəni hara aparacağını bilən bir komandadır", - dedi David Bakradze.

Bizimlə əlaqə saxlayın