14 
Dek
2020
20:16
552

Polis qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfəri saxlayıb - VİDEO

Tbilisi Polis Şöbəsinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 1982-ci il təvəllüdlü N.D-nı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il dekabrın 13-də Tbilisidə, Lomtatidze küçəsində, yaşayış binalarından birinin ərazisində tanışlarından biri - 1987-ci il təvəllüdlü D.M.-nın istiqamətində odlu silahdan bir neçə dəfə atəş açıb və onu yaralayıb. Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya aparılıb və əməliyyat olunub. Onun həyatı təhlükədə deyil.

Polis N.D-nı hadisədən bir gün sonra saxlayıb.

Qəsdən qəsdən adam öldürməyə cəhd faktı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə araşdırılır.


Bizimlə əlaqə saxlayın