24 
Sen
2026
11:47
58

Gürcüstan Baş naziri bu gün BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Baş nazirin çıxışı zamanı diqqət yetirəcəyi məsələlər barədə hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani jurnalistlərə bildirib ki, Kobaxidze ölkənin əsas təhlükəsizlik çağırışı olaraq qalmaqda davam edən işğal məsələsinə toxunacaq.

“Baş nazir diplomatiyanın, barışığın və qeyd olunan ərazilərin yalnız sülh yolu ilə geri qaytarılmasının əhəmiyyətini vurğulayacaq.

Baş nazir, həmçinin son beş il ərzində ölkədə qeydə alınan iqtisadi göstəricilərdən danışacaq. Ölkənin həyata keçirməyi planlaşdırdığı strateji layihələrə, xüsusilə də Gürcüstanın əlaqələndirici funksiyasının gücləndirilməsinə yönəlmiş layihələrə diqqət yetirəcək.

Baş nazir beynəlxalq əməkdaşlığın əhəmiyyətinə də toxunacaq və qeyd edəcək ki, əməkdaşlıq bərabərlik və suverenliyə hörmət prinsiplərinə əsaslandığı təqdirdə, biz tamamilə hər kəslə əməkdaşlığa hazırıq”, – deyə Levan Jorjoliani bildirib.

Bizimlə əlaqə saxlayın