23 
Sen
2026
10:21
37

Tbilisidə dövlət uşaq bağçalarında süd məhsulları menyudan çıxarılıb

Tbilisi miqyasında dövlət uşaq bağçalarında süd məhsulları müvəqqəti olaraq menyudan çıxarılıb.

InterPress.ge xəbər verir ki, Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyindən bildirilib ki, qərar epidemioloqların tövsiyəsi əsasında qəbul edilib.

“Epidemioloqların tövsiyəsi ilə süd məhsulları müvəqqəti olaraq menyudan çıxarılıb”, – deyə agentlikdən bildirilib.

Qeyd edək ki, sentyabrın 18-də dövlət uşaq bağçalarının bəzi tərbiyə alan uşaqları ehtimal olunan intoksikasiya əlamətləri ilə klinikalara yerləşdirilib.

Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin məlumatına görə, laborator müayinələrin nəticələri bağçalarda qastroenteritlə müşayiət olunan halların böyük əksəriyyətinin səbəbinin yüksək ehtimalla norovirus olduğunu göstərib. Mərkəzin məlumatına əsasən, bu patogen dünya üzrə virus mənşəli qastroenteritlərin əsas törədicilərindən biridir.

Xatırladaq ki, bundan əvvəl bağçalarda uşaqların ehtimal olunan zəhərlənməsi faktı ilə bağlı İstintaq Xidməti tərəfindən araşdırmaya başlanılıb.

Bizimlə əlaqə saxlayın