Gürcüstan pandemiyanın pik dövrünü geridə qoyub
“Məhdudlaşdırıcı tədbirlərin ilk nəticələri artıq son günlərdə ortaya çıxdı. Göründü ki, pik dövrü artıq keçib. Son iki həftə rəzində pikdə idik və yeni halların sayı azalmağa başladı”.
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri, Amiran Qamğrelidze qeyd edib.
Qamğrelidze qeyd edir, baxmayaraq ki, yoluxma halları azalır, durum sakitləşməyə əsas vermir.
“Lakin bu yalnız ilk əlamətlərdir və özümüzü sakitləşdirməyə səbəb deyil. Çünki əsasən bu bir neçə faktordan irəli gəlir – effekt verən məhdudlaşdırıcı tədbirlər, geniş testlər, əlçatarlılıq və vaxtında izolasiya edilmə, maska taxma mədəniyyətinin artması, 65 faizə qədər artıb, lakin bu yetərli deyil.
Son bir həfə ərzində ölkədə müəyyən tendensiya mövcuddur, demək olar, artım göstəricisi dayandı, lakin bu heç cür rahatlaşmağa səbəb vermir”, – deyə Qamğrelidze qeyd etdi.


