06 
Mar
2020
14:18
924

Gürcüstanda QİÇS-ə yoluxanların sayı artıb

Gürcüstanda QİÇS-ə yoluxanların sayında artım qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.

Fevralın 5-nə olan məlumata əsasən, ölkədə bu xəstəliyə yoluxma ilə bağlı 102 yeni hal təsdiqlənib ki, bu da illik müqayisədə 15 hal çoxdur.

Hazırda Gürcüstanda QİÇS-ə yoluxanların ümumi sayı 8 204 nəfər təşkil edir. Onlardan 6 125-i kişi, 2 079-u isə qadındır.

Pasiyentlərin böyük əksəriyyəti 29-39 yaş qrupuna daxil olan şəxslərdir. Xəstəlik 4 271 nəfərdə inkişaf edib, 1 660 nəfər isə ölüb.

Gürcüstanda QİÇS daşıyıcısı olan 116 uşaq var. Onların 70-i oğlan, 46-sı qızdır. Uşaqların 27-si bu xəstəlikdən ölüb, 3-ü isə ölkəni tərk edib.(report)

Bizimlə əlaqə saxlayın