1 USD = 3.32 GEL 1 1 EUR = 3.964 GEL 1 AZN = 1.951 GEL 1 TRY = 0.442 GEL 1 RUB = 4.452 GEL
29 
Okt
2020
21:34
787

"A kişi dövlətnən dövlətlikmi edəcəksən?!" - Ayhan Həsənov

Gürcüstan parlament seçkilərinə çox az bir müddət qalıb, təxminən 2 gün. Böyük bir kütlə maraqla seçkilərin nəticələrini gözləyir. Ancaq, bir o qədər də böyük kütlə isə seçkilərlə uzaqdan yaxından maraqlanmır. Ətrafımdakı bir çox insana "Seçkidə hansı namizədə səs verəcəksən ? " sualına :

"Ümumiyyətlə seçkidə iştirak etməyəcəm, mənim səsimlə nə olasıdır, 1 səs nəyi dəyişəcək, seçkilərə getməyin nə mənası var onsuzda indidən nəticələr bilinir, mən hakimiyyətə yox başqa partiyaya səs vermək istəyirəm ancaq, qorxuram işdən azad edərlər ona görə də heç kimə səs verməyəcəm" kimi cavablar aliram. İlk baxışda onların bu düşüncələri mənə çox təəccüblü gəlsədə sonradan normal qarşıladım. Əhalinin böyük kütləsində seçkiyə maraq, inam ümumiyyətlə sıfır səviyyəsindədir. Seçki ilə maraqlanmırlar. Bunun əlbəttə bir çox səbəbləri var. Başda inamsızlıq. Hər seçki qabağı verilən, tutulmayan boş vəədlərə görə əhalidə heç bir namizədə qarşı inam qalmayıb. Gürcüstanda təxminən 1 milyona yaxın pensioner və sosiyal yardım alan şəxs var və namizəd çıxıb "Seçkilərdə qalib gəlsək pensiyanı 2 qatına çıxaracam" deyir. Namizədin öz dediyi özünə yuxu kimi gəlirsə əhalinin buna inanmağını necə gözləyə bilər ? Gürcüstanın bunun üçün nə kifayət qədər resursu, nə də ki bu vəədi qarşılaya biləcək səviyyədə iqdisadiyyatı var.

 

Bir digəri seçki sisteminin ədalətli olmadığını düşünmələrdir. Əhalinin bir hissəsi seçkilərin saxtalaşdırıldığını ( Ki az rastlanan hadisə deyil) bir hissəsi nəticələrin qabaqcadan bəlli olduğunu, bir hissəsi isə verdikləri səsin heç bir şey dəyişməyəcəyini düşünür.

 

Ən böyük səbəblərdən biri də əhalinin seçkidən heç bir gözləntisinin olmamasıdır. Əhalinin çox böyük hissəsi "Kim istəyir qalib gəlsin mənə nə? Mənə nə xeyri var?" düşüncəsindədir.

 

Bir digər səbəb əhalinin informasiya çatışmamazılığıdır. Bəzi ərazilərdə əhalinin nə seçkisi olduğunu belə bilmirlər. Seçkidən sonra prezidentin dəyişəcəyini gözləyənlər də az deyil. Bu isə seçkiqabağı ərəfənin namizədlər tərəfindən çox cılız keçirildiyinin nümunəsidir. Əhalini özü iş sturukturaları, planları, məqsədəri barədə məlumatlandırmaq üçün etdikləri, atdıqları addım çox kifayətsizdir. Əhalinin ən azından kimi nə üçün seçdiyini haqqında məlumatı olmalıdır deyə düşünürəm.

 

Birdə dövlətlə dövlətcilik məsələsi var. Seçki qabağı əhali, xüsusən də hakimiyətin tərəfdaşları tərəfindən çox böyük dezinformasyalar yaradılır. "A kişi dövlətnən dövlətlikmi edəssən? Onusuzda onlar qalib gələcək, niniyirsən özünü işə salıb, dövlətə ver getsin" Əhalidə isə qorxu yaranır ki əgər hakimiyyətə səs verməsəm işimdən azad ola bilərəm.

 

Sadecə əhaliyə səslənmək istəyirəm. Xahiş edirəm 31 oktyabır hamımız seçkilərə gedək, heçnədən qorxmadan, çəkinmədən qalib olmağa həqiqətən layiq olduğunu düşündüyümüz namizədlərə səs verək. Əmin olun ki sizin 1 səsiniz çox vacibdir və çox şeyi dəyişməyə qadirdir !

Bizimlə əlaqə saxlayın