13 
Avq
2026
09:53
143

İrakli Kobaxidze: “Dərin dövlət” rusofob kampaniyasına xüsusi diqqət ayırır, biz də xüsusi diqqət yetirməli və cəmiyyətə tam məlumat verməliyik

Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, cəmiyyətdə rusofobiya mövzusunun gündəmə gətirilməsi və hakimiyyət tərəfindən bu məsələyə xüsusi diqqət ayrılması “dərin dövlət” tərəfindən planlaşdırılan yeni kampaniya ilə bağlıdır.

InterPress.ge xəbər verir ki, “TV Pirveli”nin jurnalisti baş nazirdən Gürcüstan cəmiyyətində rusofobiyanı əsas çağırış kimi görüb-görmədiyini və bu mövzunun hakimiyyət tərəfindən bu qədər diqqətə layiq olub-olmadığını soruşub.

İrakli Kobaxidze suala cavab olaraq bildirib ki, məsələ “xüsusi diqqətə layiqdir”.

Onun sözlərinə görə, prosesə siyasi qüvvələr, qeyri-hökumət təşkilatları və media vasitələri cəlb olunub və bütün bunlar xaricdən idarə olunan koordinasiyalı kampaniyadır.

“Bu məsələ böyük diqqətə, fövqəladə diqqətə layiqdir. Bunun bir sadə səbəbi var. Biz görürük ki, bu, ‘dərin dövlət’in yeni planlaşdırılmış kampaniyasıdır. Bu kampaniyaya bütün siyasi aktiv – partiyalar, siyasətçilər və QHT-lər şəklində xarici agentura, həmçinin sizin kimi media nümayəndələri cəlb olunub. Çünki media istiqamətində bu rusofob kampaniyanı təmin edən əsas tərəf sizsiniz.

Ona görə də biz ‘dərin dövlət’in bu rusofob kampaniyaya xüsusi diqqət ayırdığını görürüksə, biz də bu kampaniyaya xüsusi diqqət yetirməli və cəmiyyətə bu məsələ ilə bağlı tam məlumat verməliyik”, – deyə İrakli Kobaxidze “TV Pirveli”yə bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər