11 
Iyl
2026
16:41
24

Tengiz Şarmanəşvili "Tabula"nı tənqid edib: "Bundan aşağı səviyyəli bəraət qazandırmağa cəhd görmüsünüz?"

 

Gürcüstan parlamentinin hakim çoxluğunun üzvü Tengiz Şarmanəşvili Estoniya vətəndaşının Tbilisidə kilsələrdən birinin həyəti yaxınlığında ictimai yerdə sidiyə getməsi ilə bağlı xəbərin "Tabula" tərəfindən işıqlandırılmasını tənqid edib.

InterPress.ge xəbər verir ki, "Tabula" yayımladığı materialda Estoniya əhalisinin təxminən 20 faizinin etnik ruslardan ibarət olduğunu, polis tərəfindən cərimələnən şəxsin də rus dilində danışdığını qeyd edib.

Buna münasibət bildirən Tengiz Şarmanəşvili sosial şəbəkədə paylaşım edərək media qurumunu tənqid edib.

“Bundan daha aşağı səviyyəli bəraət qazandırmağa cəhd görmüsünüz? Həqiqətən də özünüzü bu qədər alçaltmayın. Heç olmasa formal olaraq gürcüsünüz”, – deyə Şarmanəşvili yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər