03 
Iyl
2026
15:15
172

Gürcüstan bankının filialına silahlı basqın edildi

Gürcüstanın Abaşa bələdiyyəsində yerləşən "Bank of Georgia" filialına silahlı basqın edən şəxs polis tərəfindən hadisə yerində saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 3 iyul tarixində Abaşada yerləşən "Bank of Georgia" filialına daxil olaraq ov tüfəngindən bir dəfə atəş açıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində şübhəlini hadisə yerində saxlayıblar. Atəş nəticəsində xəsarət alan olmayıb.

Polis cinayətdə istifadə olunan ov tüfəngini maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu (quldurluq) maddəsi ilə istintaq aparılır. Həmin maddə üzrə təqsirli bilinən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın