01 
Iyl
2026
12:52
75

Tbilisidə milli imtahan iştirakçıları üçün xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək

Tbilisi meriyası vahid milli imtahanlarda iştirak edəcək abituriyentlərin rahat nəqliyyat təminatı məqsədilə xüsusi avtobus marşrutları istifadəyə verəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında məlumat verib.

Onun sözlərinə görə, əlavə marşrutlar Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin müəyyən etdiyi imtahan dövründə – 2 iyuldan 30 iyuladək fəaliyyət göstərəcək.

Xüsusi avtobuslar 39, 103, 147, 160, 175, 177, 181 və 191 saylı ictimai məktəblərdə yerləşən imtahan mərkəzlərinə sərnişin daşıyacaq.

Mer bildirib ki, avtobuslar "Axmetelis Teatri", "Didube" metro stansiyalarından, eləcə də "Samqori" metro stansiyasının yuxarı çıxışının yaxınlığından hərəkət edəcək.

Kaxa Kaladzenin sözlərinə görə, imtahan və müsabiqələrdə iştirak edən şəxslərə ictimai nəqliyyat hər gün saat 06:00-dan 20:00-dək xidmət göstərəcək.

Bizimlə əlaqə saxlayın