25 
Iyn
2026
18:15
65

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatdı

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 164 nəfərə yüksəlib.

InterPress.ge xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes məlumat verib.

Delsi Rodriqesin sözlərinə görə, dağıdıcı zəlzələlər nəticəsində yaralananların sayı 971 nəfərə çatıb.

O bildirib ki, əsas zəlzələlərdən sonra təxminən 30 təkrar yeraltı təkan qeydə alınıb.

Qeyd edək ki, Venesuelada ard-arda iki güclü zəlzələ baş verib. İlk zəlzələ paytaxt Karakasın qərbində 7,2 bal gücündə qeydə alınıb. Bundan cəmi 39 saniyə sonra isə 7,5 bal gücündə daha güclü zəlzələ baş verib.

Bizimlə əlaqə saxlayın