Şagird hansı halda məktəbli formasından azad ediləcək? – Nazir açıqlama verib
Şagird sağlamlıq vəziyyətinə görə məktəbli forması geyinə bilmədikdə, valideyn müvafiq tibbi arayış təqdim etməlidir. Bu halda şagird məktəbli forması geyinməkdən azad ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil naziri Qivi Mikanadze açıqlama verib.
Nazirin sözlərinə görə, məktəb valideynlə kommunikasiya və əməkdaşlıq yolu ilə bunun səbəblərini müəyyənləşdirəcək.
“Əgər uşaq sağlamlıq vəziyyətinə görə forma geyinə bilmirsə, valideyn müvafiq tibbi arayış təqdim edir. Bunun əsasında şagird forma geyinməkdən azad edilir və ondan yalnız daxili qaydalarla müəyyən edilmiş geyim qaydalarına riayət etmək tələb olunur.
Belə halların hər biri uşağın sağlamlığı və ən yaxşı maraqları nəzərə alınmaqla fərdi qaydada nəzərdən keçiriləcək”, – deyə nazir bildirib.


