23 
Okt
2026
15:15
89

Gürcüstanda qanunsuz yaşayan 48 xarici ölkə vətəndaşı saxlanılıb

Gürcüstanın müxtəlif bölgələrində keçirilən xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində ölkədə qanunsuz yaşayan 48 xarici ölkə vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanlar arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları var.

Nazirliyin məlumatına görə, xüsusi immiqrasiya nəzarəti çərçivəsində Miqrasiya Departamentinin əməkdaşları müxtəlif təyinatlı obyektlərdə yoxlamalar aparıblar. Yoxlamalar nəticəsində saxlanılan şəxslərin Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun tələblərini pozaraq ölkədə olduqları müəyyən edilib.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılır. Onların Gürcüstandan çıxarılması məqsədilə müvafiq prosedurlar həyata keçirilir.

Bizimlə əlaqə saxlayın