19 
Iyn
2026
12:03
183

Tbilisi və Kutaisidə fahişəliyin təşkili ilə bağlı 14 nəfər saxlanılıb, 9 obyekt möhürlənib

Tbilisi və Kutaisidə fahişəliyin təşkili və bu məqsədlə yer ayrılması ittihamı ilə 14 nəfər saxlanılıb, 9 obyekt isə möhürlənib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin İnsan Alveri və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Qriqol Qoqoçaşvili məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında Gürcüstan, Çin və Tailand vətəndaşları da var.

İstintaqla müəyyən edilib ki, obyekt sahibləri və administratorları özlərinə məxsus məkanlarda xarici ölkə vətəndaşlarını işə cəlb edərək fahişəliyin təşkilinə şərait yaradıblar. Onlar Tbilisi və Kutaisidə yerləşən obyektləri müəyyən məbləğ qarşılığında sistemli şəkildə bu məqsədlə istifadəyə veriblər.

Hüquq-mühafizə orqanlarının apardığı gizli audio və video çəkilişlər, eləcə də digər istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin qanunsuz fəaliyyəti sübuta yetirilib.

Toplanmış sübutlara əsasən, saxlanılan şəxslərin fahişəliyə cəlb olunan qadınlara müştəri tapmaqda kömək etdikləri, əvəzində isə əldə olunan gəlirin bir hissəsini aldıqları müəyyən olunub.

İstintaq həmçinin göstərib ki, həmin obyektlərin əsas gəlir mənbəyi məhz fahişəliyin təşkilindən əldə edilən vəsait olub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsinin birinci və ikinci hissələri ilə araşdırma aparılır. Bu maddə üzrə təqsirli bilinən şəxsləri 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər