04 
Iyn
2026
10:32
136

14 yaşlı qız atasını illərlə cinsi zorakılıqda ittiham edir

Kaxetidə ailədaxili zorakılıq və özgənin əmlakına ziyan vurma ittihamı ilə saxlanılan 35 yaşlı kişi azyaşlı qızı tərəfindən mümkün cinsi zorakılıqda ittiham olunur.

InterPress.ge xəbər verir ki, bu barədə “Kaxetidən Baş Xəbərlər” nəşri məlumat yayıb.

MAK.ge-nin məlumatına görə, cinayətin hüquqi kvalifikasiyasını və ittihamın dəqiq məzmununu müəyyənləşdirmək məqsədilə 14 yaşlı qız ekspertizaya göndərilib.

“Kaxetidən Baş Xəbərlər” nəşrinin yazdığına görə, yeniyetmə qızın iddiasına əsasən, bioloji atası son 6 il ərzində ona qarşı zorakılıq edib. Azyaşlı konkret faktlar da sadalayıb.

Hadisə barədə məlumat kişinin həyat yoldaşına qarşı zorakılıq etməsi və onun geyimlərini yandırması faktına görə saxlanılmasından sonra üzə çıxıb.

Yerli medianın məlumatına görə, 14 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etmək ittihamı ilə onun qohumlarından biri artıq cəza çəkir.

Nəşr həmçinin yazır ki, saxlanılan şəxslə bağlı da keçmişdə yaxın qohumu tərəfindən oxşar məzmunlu ittiham irəli sürülüb, lakin həmin vaxt konkret cinayət faktı təsdiqini tapmayıb.

Yerli sakinlərin sözlərinə görə, yeniyetmə yaşadığı vəziyyət barədə anasına və nənəsinə məlumat verib. Faktın araşdırılması üçün kənddə ailə üzvlərinin dindirilməsi tələb olunur.

Hazırda saxlanılan şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Azyaşlıya qarşı mümkün cinsi zorakılıq epizodu ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq istintaq hərəkətləri aparılır.

İşə psixoloq və sosial işçi də cəlb olunub. Həmçinin yeniyetmənin ixtisaslaşmış sosial xidmət müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılır.

Bizimlə əlaqə saxlayın