03 
Iyn
2026
11:08
96

Gürcüstandan 84 xarici ölkə vətəndaşı deportasiya edildi

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər həyata keçirilən tədbirlər nəticəsində 84 xarici ölkə vətəndaşını ölkədən deportasiya ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Miqrasiya Departamenti və nazirliyin digər müvafiq bölmələrinin koordinasiyalı fəaliyyəti nəticəsində Türkiyə, Hindistan, Türkmənistan, Rusiya, Ermənistan, Nigeriya, Uqanda, Özbəkistan, Misir, Pakistan, Çin, Azərbaycan, Əlcəzair, Banqladeş, İraq, Keniya, Sudan, Tailand və digər ölkələrin ümumilikdə 84 vətəndaşı Gürcüstandan çıxarılıb.

Bildirilib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərə Gürcüstana yenidən giriş qadağası tətbiq olunub.

Bizimlə əlaqə saxlayın