02 
Iyn
2026
13:39
219

Qonşusunu ov tüfəngi ilə qətlə yetirən şəxs saxlanıldı

Senaki bələdiyyəsində qadını ov tüfəngi ilə güllələyərək qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri həbs ediblər.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Senaki bələdiyyəsinin kəndlərindən birində mübahisə zəminində tanışı olan qadına ov tüfəngindən atəş açaraq ölümcül xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxsi hadisədən qısa müddət sonra isti izlərlə saxlayıblar.

Cinayətin törədilməsində istifadə olunan ov tüfəngi maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yerli məlumatlara görə, saxlanılan şəxs qətlə yetirilən qadının qonşusu olub.

Bizimlə əlaqə saxlayın