18 
May
2026
14:22
481

Gürcüstanda hava soyuyacaq – yağış və şimşək gözlənilir

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə ölkə ərazisində nisbətən sərin və fasilələrlə yağıntılı hava şəraitinin gözlənildiyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, agentliyin yaydığı məlumata əsasən, bəzi bölgələrdə şimşək çaxacağı və küləyin güclənəcəyi ehtimal olunur.

Məlumata görə, Tbilisi şəhərində mayın 19-u və 21-də qısamüddətli yağış və şimşək gözlənilir, mayın 20-də isə əsasən yağmursuz hava olacaq. Paytaxtda havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə təşkil edəcək.

Sahil bölgələrində – Batumi, Kobuleti, Anaklia və Poti şəhərlərində qısamüddətli yağış və şimşək proqnozlaşdırılır. Temperatur +18, +20 dərəcə olacaq.

Qərbi Gürcüstanın düzənlik rayonlarında – Kutaisi, Zuqdidi və digər ərazilərdə gündüz temperaturu +20, +22 dərəcə olacaq, qısamüddətli yağış və şimşək gözlənilir.

Dağlıq və yüksək dağlıq bölgələrdə, o cümlədən Şovi, Mestia və Baxmaro ərazilərində də yağışlı hava müşahidə olunacaq. Yüksək dağlıq ərazilərdə temperatur +11, +15 dərəcə arasında dəyişəcək.

Kvemo Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli və Qardabani şəhərlərində də qısamüddətli yağış və şimşək gözlənilir. Temperaturun +20, +22 dərəcə olacağı bildirilib.

Kaxeti bölgəsində isə gündüz temperaturu +21, +23 dərəcə təşkil edəcək. Şərqi Gürcüstanın dağlıq rayonlarında +15, +17, yüksək dağlıq ərazilərdə isə +11, +13 dərəcə isti proqnozlaşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər