Tbilisidə külli miqdarda narkotik vasitə ilə 2 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına yardım ittihamı ilə iki nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, saxlanılan şəxslərdən biri xarici ölkə vətəndaşıdır.
DİN-in məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 260 prima və 261-ci maddələri ilə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərinə, eləcə də onlardan birinə məxsus avtomobilə baxış zamanı maddi sübut kimi xüsusilə külli miqdarda narkotik və psixotrop maddə – 500 ədəd “Pregabalin” həbi və 2 kiloqrama yaxın qurudulmuş marixuana götürüblər”, – deyə DİN-in yaydığı məlumatda bildirilir.


