05 
May
2026
11:17
486

Qonşu qonşusunu ov tüfəngi ilə güllələdi

Gürcüstanın Sameqrelo–Zemo Svaneti bölgəsində qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları əvvəllər məhkum olunmuş, 1959-cu il təvəllüdlü G.Ş.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində ov tüfəngindən atəş açaraq qonşusu – 1989-cu il təvəllüdlü N.P.-ni yaralayıb və hadisə yerindən qaçıb.

Yaralı kişi tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində G.Ş. “isti izlərlə” saxlanılıb. Cinayətdə istifadə olunan silah maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın