04 
May
2026
12:11
121

Soyğunçuluğa cəhd edən şəxs saxlanılıb

Gürcüstanın Mtsxeta bələdiyyəsində soyğunçuluğa cəhd faktı ilə bağlı bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Mtsxeta-Mtianeti Polis Departamentinin əməkdaşları əvvəllər məhkum olunmuş, 1997-ci il təvəllüdlü S.Ç.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs soyğunçuluq məqsədilə qanunsuz olaraq başqa bir şəxsin yaşayış evinə daxil olub və 1997-ci il təvəllüdlü A.Ç.-ni öldürməklə hədələyib.

Polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs hadisə yerində saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-178-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın