03 
May
2026
13:34
197

Tbilisidə Azərbaycan vətəndaşı silah və narkotiklərlə saxlanılıb

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tbilisi Polis Departamentinin İsani-Samqori baş idarəsinin əməkdaşları tərəfindən 2001-ci il təvəllüdlü R.M. qanunsuz olaraq odlu silah və narkotik vasitələr əldə etmə və saxlama ittihamı ilə həbs edilib.

Polisin keçirdiyi axtarış zamanı şübhəlinin müvəqqəti yaşadığı evdən sübut kimi tapançalar, döyüş patronları və daraqlar götürülüb.

Bundan əlavə, hüquq-mühafizə orqanları tərəfindən “marixuana” və psixoaktiv maddə kimi tanınan “bio” da aşkar edilərək götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələri ilə istintaq aparılır. Qeyd olunan maddələr 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın