01 
Yan
2026
12:34
332

Gürcüstana idxal olunan siqaretlərin bahalaşması ehtimalı var - aksiz vergisi artırıldı

Gürcüstanda idxal olunan siqaretlərin qiymətinin yaxın dövrdə bahalaşacağı ehtimal edilir.

InterPress.ge xəbər verir ki, buna səbəb isə siqaret məhsullarına tətbiq edilən aksiz vergisinin artırılmasıdır.

Yanvarın 1-dən etibarən idxal olunan bir qutu siqaret üzrə aksiz dərəcəsi 85 tetri artırılıb. Yeni qaydalara əsasən, tərkibində tütün olan və 35 milyon qutudan çox istehsal edilən yerli siqaretlər, eləcə də idxal olunan siqaretlər hər 20 ədəd (bir qutu) üçün 2,75 lari məbləğində aksiz vergisi ilə vergiyə cəlb olunur. Qeyd edək ki, indiyədək idxal olunan siqaretlər üçün bu göstərici 20 ədəd üzrə 1,90 lari təşkil edirdi.

Bununla yanaşı, yanvarın 1-dən etibarən yerli istehsal olunan siqaretlər üçün aksiz dərəcəsi azaldılıb. Belə ki, tərkibində tütün olan və illik istehsalı 35 milyon qutuya qədər olan yerli siqaretlər hər 20 ədəd üçün 1,30 lari aksiz vergisi ilə vergiyə cəlb ediləcək. Məlumat üçün bildirək ki, bu kateqoriyada aksiz dərəcəsi əvvəl idxal olunan siqaretlərdə olduğu kimi 1,90 lari idi və nəticədə yerli istehsal olunan bir qutu siqaret üzrə vergi yükü 60 tetri azaldılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər