03 
Okt
2026
18:06
24

Madriddə yüzlərlə insan mənzil problemi ilə bağlı çadır aksiyasını davam etdirir

İspaniyanın paytaxtı Madriddə yüzlərlə insan mənzil problemi ilə bağlı bir neçə gündür davam edən etiraz aksiyası çərçivəsində Puerta-del-Sol meydanında çadır quraraq qalır. Məlumatı “Reuters” yayıb.

InterPress.ge xəbər verir ki, agentliyin məlumatına görə, etiraz aksiyası şənbə günü evdən çıxarılmalara qarşı keçirilən nümayişdən sonra başlayıb və tədricən genişlənib. Meydana yeni qruplar qoşulur və hazırda burada yüzlərlə çadır qurulub.

Etirazın arxasında dayanan kirayəçilər həmkarlar ittifaqı çərşənbə günü axşam müxtəlif əmək mübarizələrini də aksiyaya birləşdirib. Məqsəd hərəkatın əhatə dairəsini genişləndirmək və ümumi tətilə doğru irəliləməkdir.

Bundan bir neçə gün əvvəl İspaniya ictimaiyyətini televiziya xəbər kanallarında yayımlanan görüntülər şoka salıb. Kadrlarda 87 yaşlı, əlilliyi olan Marikarmen Abaskalın 70 il ərzində yaşadığı evdən çıxarılması əks olunub.

“The Guardian” həmin hadisə ilə bağlı yazıb ki, Marikarmenin xərəkdə evdən çıxarıldığını görən ictimaiyyətin ilkin şokunu qəzəb əvəz edib. Mənzil hüquqlarını müdafiə edənlər Marikarmenin 71 il yaşadığı mənzilin bir tikinti şirkəti tərəfindən satın alınmasından sonra ev sahibinin hərəkətini “barbarlıq” kimi qiymətləndirərək tənqid ediblər.

Bizimlə əlaqə saxlayın