03 
Okt
2026
21:18
76

Gürcüstanda 4 bələdiyyədə keçirilən aralıq seçkilərdə seçici fəallığı 51,6% olub

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin sözlərinə görə, dörd bələdiyyədə keçirilən aralıq seçkilər sakit və rəqabətli şəraitdə baş tutub.

InterPress.ge xəbər verir ki, Kalandarişvili brifinqdə seçici fəallığının 51,6 faiz təşkil etdiyini bildirib.

“Seçkilər sakit, təşkilatlanmış, təhlükəsiz və rəqabətli seçki mühitində keçirildi. Seçicilərin öz seçimlərini sərbəst şəkildə ifadə etmək imkanı oldu.

Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliklə müəyyən edilmiş prosedurlara uyğun şəkildə həyata keçirildi”, – Kalandarişvili bildirib.

Bizimlə əlaqə saxlayın