11 
Nybr
2025
19:02
308

Ərdoğan: “Azərbaycan–Gürcüstan sərhədində hərbi təyyarəmizin qəzaya uğramasından dərin kədər duyuruq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama verib.

“Bu gün böyük kədərlə öyrəndik ki, Azərbaycandan Türkiyəyə istiqamətlənən hərbi nəqliyyat təyyarəmiz C130 Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb. Qəza yerinə çatmaq üçün göstərilən bütün səylərimiz milli hakimiyyət orqanları ilə koordinasiyada davam edir. Allahın izni ilə, bu faciəni minimum itkilərlə aradan qaldıracağımıza ümid edirik. Həlak olanlara Allah rəhmət eləsin, dualarımız onlarla birlikdədir”, – deyə Ərdoğan bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyəyə məxsus hərbi təyyarə Sığnaqı (Siğnaği) bələdiyyəsi ərazisində, dövlət sərhədindən təxminən 5 kilometr məsafədə qəzaya uğrayıb. İlkin məlumata əsasən, təyyarə Azərbaycan–Türkiyə marşrutu üzrə uçuş həyata keçirirdi.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə aparılır. Bu maddə hava nəqliyyatı təhlükəsizliyi və istismarı qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın