Marneulidə yeni bələdiyyə şurasının ilk iclası keçirildi – Amiran Giorgadze yenidən sədr seçildi
Bu gün, 30 oktyabrda, Marneuli Bələdiyyə Şurasının yeni tərkibinin ilk iclası baş tutdu. İclasda şura sədrinin seçilməsi üçün gizli səsvermə keçirildi.
InterPress.ge xəbər verir ki, yeni seçilmiş şura 35 üzvdən ibarətdir: onlardan 34-ü “Gürcü Arzusu” partiyasının, 1-i isə “Lelo – Güclü Gürcüstan üçün” partiyasının üzvüdür.
Sədr postuna yalnız bir namizəd – Amiran Giorgadze irəli sürülüb. O, bundan əvvəlki iki çağırışda da Marneuli Şurasının sədri olub.
“Lelo – Güclü Gürcüstan üçün” partiyasının nümayəndəsi Aqil Mustafayev səsvermədə iştirak etməyib.
Səsvermənin nəticəsinə görə, Amiran Giorgadze 34 “Gürcü Arzusu” üzvünün səsini qazanaraq yenidən sədr seçilib.
İclasda həmçinin Marneuli Bələdiyyə Şurası sədrinin müavinləri də seçilib. Bu vəzifələrə Tariyel Məmmədov, Vasil Xaxulaşvili və Riçard Qiqani seçiliblər.


