17 
Sen
2025
12:35
628

Copernicus: 2025-ci ilin avqustu müşahidə tarixində ən isti üçüncü ay oldu

Avqust ayı dünya üzrə müşahidə tarixində ən isti üçüncü ay kimi qeydə alınıb. Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti Copernicus-un (C3S) məlumatına görə, bu ay xüsusilə Cənub-Qərbi Avropada güclü istilər və meşə yanğınları müşahidə olunub.

Məlumata əsasən, 2025-ci ilin avqustunda qlobal orta səth temperaturu 16.6°C təşkil edib ki, bu da 1991–2020-ci illərin avqust göstəricilərindən 0.49°C, sənayeləşmə dövründən əvvəlki səviyyədən isə 1.29°C yüksəkdir.

Hesabatda qeyd olunur ki, bu il avqust 2023 və 2024-cü illərlə müqayisədə 0.22°C daha sərin olub, lakin meteoroloji müşahidələrin bütün tarixində yenə də ən isti aylardan biri hesab olunur. 2024-cü ilin sentyabrından 2025-ci ilin avqustunadək 12 aylıq orta qlobal temperatur 1991–2020 norması ilə müqayisədə 0.64°C, sənayeləşmə dövründən əvvəlki səviyyədən isə 1.52°C yüksək olub.

Avropada avqust ayında orta səth temperaturu 19.46°C təşkil edib ki, bu da normadan 0.3°C çoxdur. Ən yüksək göstəricilər Qərbi Avropada qeydə alınıb, xüsusilə Pireney yarımadası və Cənub-Qərbi Fransa ciddi zərər görüb.

Anormal istilər həmçinin Sibir, Antarktikanın bəzi hissələri, Çin, Koreya yarımadası, Yaponiya və Yaxın Şərqdə də müşahidə olunub.

Hesabatda bildirilir ki, okean səthinin orta temperaturu 20.82°C-yə çataraq rekord həddə yüksəlib.

C3S əlavə edib ki, bu yay Cənub-Qərbi Avropa artıq üçüncü dəfə güclü istilik dalğası ilə üzləşib və bu proses misilsiz miqyasda meşə yanğınları ilə müşayiət olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər