11 
Avq
2025
11:31
782

Gürcüstanda hansı avtomobil çoxluq təşkil edir? - TOP 10 avtomobil

Ölkədə 1 847 988 avtomobil qeydiyyata alınıb. Qeydiyyatdan keçmiş nəqliyyat vasitələri arasında ən çox Mercedes-Benz və Toyota markaları üstünlük təşkil edir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin son məlumatında qeyd olunur. 

Hesabata əsasən, Gürcüstanda orta hesabla hər 4 sürücüdən biri Mercedes-Benz və ya Toyota markalı avtomobil idarə edir. Bununla belə, bir sürücünün bir neçə fərqli markaya aid avtomobilə sahib olması mümkündür, bu göstərici isə rəsmi statistikada ayrıca göstərilmir.

Ölkədə ən çox qeydiyyata alınmış ilk 10 avtomobil markası belədir:

1. Mercedes-Benz – 225 623 ədəd

2. Toyota – 207 514 ədəd

3. Ford – 183 177 ədəd

4. VAZ – 152 942 ədəd

5. Opel – 146 856 ədəd

6. BMW – 87 851 ədəd

7. Volkswagen – 78 717 ədəd

8. Honda – 72 701 ədəd

9. Nissan – 72 379 ədəd

10. Mitsubishi – 57 679 ədəd

Qeyd olunur ki, bu avtomobillərin nə qədərinin aktiv istismarda olduğu barədə məlumat mövcud deyil.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər