12 
Sen
2020
20:05
690

MSK seçki ilə bağlı məlumat yayır

Gürcüstanın parlament seçkilərində iştirak edən bəzi seçki subyektləri üçün sıra nömrələri püşkatma yolu ilə müəyyən ediləcək.

InterPress.ge xəbər verir ki, bu haqda məlumat Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ictimailəşdirilib.

Komissiyadan verilən məlumata görə , püşkatma proseduru Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında baş tutacaq və MSK-da qeydiyyatdan keçmiş bütün qurumların sıra nömrəsi müəyyənləşdiriləcək. Püşkatma , seçki qanunvericiliyi ilə əvvəlki seçkilərdə təyin olunmuş nömrələrdən istifadə etməsinə icazə verilməyən partiyalara aiddir.

66 siyasi partiya 2020-ci il parlament seçkiləri üçün MSK-ya qeydiyyatdan keçib. Qanunvericiliyə görə, 4 sentyabr tarixinə qədər 10 səlahiyyətli seçki subyekti artıq seçki nömrəsinin verilməsi ilə bağlı MSK-ya müraciət edib. Eyni zamanda, bir sıra bələdiyyələrdə bələdiyyə və növbədənkənar mer seçkisinin günü təyin edildikdən sonra iştirak edən subyektlərin də MSK-ya nömrə üçün müraciət etmək hüququ var.

Parlament seçkilərinə müstəqil namizədlər dairə seçki komissiyalarındakı 22 təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Qeyd edək ki, seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş namizədi, MSK tərəfindən qeydə alınan siyasi partiyaların / blokların nömrələri müəyyən edildikdən sonra müvafiq dairə seçki komissiyası tərəfindən püşkatma yolu ilə seçki nömrəsi verilir.

Seçki Məcəlləsi, seçki blokları halında əvvəlki ümumi seçkilərdə istifadə edilən seçki nömrələrinin istifadəsi qaydalarını da müəyyənləşdirir. Seçki bloklarının qeydiyyatı üçün MSK-ya müraciətin son tarixi 18 sentyabrdır. Bu səbəbdən, yalnız qeyd olunan qanunvericilik şərtləri nəzərə alınmaqla, MSK püşkatma proseduru keçirmək və seçki subyektlərinə nömrələri vermək fürsəti əldə edəcək”, - deyə MSK-nın açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın