Baş nazir Azərbaycan Prezidentini Gürcüstana rəsmi səfərə dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
InterPress.ge xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə bu seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirdiyi vurğulanıb.
Belə ki, İrakli Kobaxidze təbriklərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin olduğu vurğulanıb, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızın müsbət nəticələri qeyd edilib.
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.
İrakli Kobaxidze də öz növbəsində Azərbaycanın dövləti başçısını Gürcüstana səfərə dəvət edib.
Həm Azərbaycan Prezidenti, həm də Gürcüstanın Baş naziri qarşılıqlı minnətdarlıqlarını bildirərək, dəvətləri məmnunluqla qəbul ediblər.